“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Aslan Həsənli və Rüfət Məmmədxanlı ilə proqramın nəticələrinə həsr olunmuş yekun görüş keçirib. Bir ili əhatə edən Mentorluq proqramının yekunlarına dair keçirilən görüşdə Zakir İbrahimov qaliblərin ötən müddət ərzində nümayiş etdirdikləri aktivliyi və fərdi inkişaf planı üzrə […]