ABŞ səfirindən İsraildəki diplomatlara təhlükəsizlik xəbərdarlığı - "Panikaya ehtiyac yoxdur, amma vaxt azdır"

ABŞ-nin İrana ehtimal olunan hərbi müdaxiləsi barədə məlumatların gündəmə gəldiyi bir vaxtda Birləşmiş Ştatların İsraildəki səfiri Mayk Hakabi fevralın 27-də diplomatik missiyanın əməkdaşlarına müraciət ünvanlayıb. Diplomat tabeliyində olan şəxslərə yəhudi dövlətini tərk etməyi məsləhət görüb.