Azərbaycanda bu ilin sonuna kimi dövlət orqanlarının (qurumlarının) rəqəmsal inkişaf xərclərinin vahid mərkəzdən razılaşdırılması mexanizmi qurulacaq. Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nda öz əksini tapıb. Sənədə əsasən, qurumların rəqəmsal inkişaf üzrə büdcələrinin təsnifatlandırılması və təkrarçılığın (dublikat sistemlərin) qarşısını alan qaydaların qəbulu, strateji hədəflərə (bulud texnologiyalarına keçid, […]