“Ötən il turizmin Azərbaycan iqtisadiyyatında payı tarixdə ilk dəfə 5,3 faizə yüksəlib”

Son dövrlərdə ölkəmizin gəlmə turizmi üzrə statistikasına təsir edən regional geosiyasi hadisələrə baxmayaraq, rəsmi statistik məlumatların təhlili turizmin müsbət dinamika ilə inkişaf etdiyini göstərir. Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən ictimai dinləmədə deyib. Sədr bildirib ki, 2021-2025-ci illər […]