Rəşad Nəbiyev "Böyük Dəbilqə" turnirində medal qazanan idmançıları təbrik edib
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində qızıl medal qazanan Əhməd Yusifovu və gümüş medala sahib çıxan Balabəy Ağayevi təbrik edib.