Bakı-Naxçıvan-Bakı avtobus reysləri dayandırılıb

Yaxın Şərqdə baş verən son hadisələr səbəbindən təhlükəsizlik məqsədilə İran ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini bu gün dayandırıb. Bu barədə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib. Bildirilib ki, avtobus reysinin fəaliyyəti ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.