Partlayışlar fonunda Tehran Fond Birjasında ticarət dayandırılıb

Tehran Fond Birjasında ticarət İran paytaxtında partlayışlar barədə xəbərlərdən sonra dayandırılıb. Bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Birjada əməliyyatlar yerli vaxtla saat 09:45-də dayandırılıb. İran KİV-in məlumatına görə, Tehrandan başqa, İsfahan, Qum, Kərəc və Kirmanşah şəhərlərində də partlayış səsləri eşidilir.