Rəsmi Ankara: Türkiyənin hava, quru və dəniz sahələri İrana qarşı hərbi əməliyyatlarda istifadə oluna bilməz

“Türkiyənin hava, quru və dəniz sahələrinin hərbi əməliyyatlarda istifadəsinə icazə verilməyəcək”. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb. Açıqlamada bəzi sosial media platformalarında Türkiyənin İrana qarşı son hücumlara dəstək verdiyi ilə bağlı yayılan iddiaların tamamilə əsassız olduğu və ictimaiyyəti çaşdırmağa yönəlmiş dezinformasiya xarakteri daşıdığı qeyd olunub. “Türkiyə Respublikası tərəfi olmadığı hər hansı münaqişə […]