Şamaxı-Ağsu sərhədində zəlzələ qeydə alınıb. Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Yerin 7 km dərinliyində yerləşən zəlzələ ocağının maqnitudası 3,6 olub. Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss edilib. ...