İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın Ali Rəhbəri Əli Xameneinin ölümünün qisasını alacağına söz verib. Bu barədə SEPAH-ın məsələ ilə bağlı yaydığı xüsusi bəyanatında deyilir. “Biz İranın Ali Rəhbərinin qisasını onu öldürənlərdən alacağıq. İran silahlı qüvvələri öz liderinin yolunu davam etdirəcək və İslam Respublikasına hücum edənləri cəzalandıracaq”, – bəyanatda deyilir.