Sabah Bakıda 10 dərəcə isti olacaq, dağlıq ərazilərə qar yağacaq

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, havanın temperaturu gecə 1-3° isti, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65 % olacaq.