Şahın ən çox qorxduğu məhbus: İranın ali lideri haqqında bilmədiyiniz ŞOK FAKTLAR - VİDEO

İran siyasətində əsas söz sahibi və İslam dünyasının tanınmış din xadimi olan Əli Xamenei 19 aprel 1939-cu ildə Məşhəd şəhərində anadan olub. Atasının yolunu davam etdirərək gənc yaşlarından dini təhsilə başlayan Xamenei Nəcəf və Qum şəhərlərində fəaliyyət göstərib. Məhz Qumda o, gələcək İslam İnqilabının rəhbəri Ruhullah Xomeyni ilə tanış olub. Şah rejimi dövründə siyasi fəaliyyətinə və Xomeyninin ideyalarını yaydığına görə 6 dəfə həbs edilən Xamenei ağır işgəncələrə məruz qalıb.