Tehran birjasında maliyyə əməliyyatları martın 7-dək dayandırılıb

Tehran fond birjasında bütün maliyyə əməliyyatları hərbi əməliyyatlar fonunda martın 7-dək dayandırılıb. Bu barədə “IRNA” agentliyi məlumat yayıb. Məlumata görə, martın 2-dən başlayaraq ölkədə 7 günlük ümummilli istirahət elan edilib. Bu səbəbdən həftənin sonunadək, eləcə də martın 16-da şənbə günü səhmlərlə ticarət, əmtəə birjasında əməliyyatlar və birja investisiya fondları üzrə sövdələşmələr dayandırılacaq.