Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Vüsal Nəsirli Xırdalan şəhərində yerləşən agentliyin "Azəryolelmitədqiqatlayihə" İnstitutu MMC-də və cəmiyyətin tərkibində fəaliyyət göstərən Təcrübə-Sınaq Laboratoriyasında olub, onların fəaliyyətini nəzərdən keçirib.