İqtisadi əməkdaşlıq üzrə Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının həmsədrləri görüşüb

Martın 2-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Bakıda səfərdə olan Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Rusiya və Azərbaycan arasında iqtisadi, sənaye, enerji, nəqliyyat-logistika və aqrar sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi və gündəlikdə olan digər aktual məsələlər müzakirə edilib.