“S&P Global Ratings”in proqnozuna görə, Azərbaycan banklarının yaxın illərdə beynəlxalq borc bazarlarında borclanmanı əhəmiyyətli dərəcədə artıracağı ehtimalı çox aşağıdır. Bu barədə “S&P”nin məlumatında bildirilir. “Xalis xarici maliyyələşmə məhduddur. Qiymətləndirməmizə əsasən, 2025-ci ilin sonuna Azərbaycan bank sisteminin xalis xarici borcu mənfi olub. Xarici borcun böyük hissəsi beynəlxalq maliyyə institutlarının — o cümlədən Beynəlxalq Maliyyə Korporasiyası və […]