Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi respublika yollarında nişanlanma işlərinin satınalınması üçün müsabiqə elan edib. Banker.az xəbər verir ki, layihə çərçivəsində yolların üfüqi nişanlanması üçün boya və astar materiallarının alınması nəzərdə tutulur. Satınalmanın ehtimal olunan qiyməti 29.854.737 manat təşkil edir. Satınalan təşkilatın ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Hacı Məmmədov 5-dir.