Dövlət Turizm Agentliyi “Tuğ” Qoruğunda tikinti və yenidənqurma işləri üçün müsabiqə elan edib Banker.az xəbər verir ki, Dövlət Turizm Agentliyi Xocavənd rayonu, Tuğ kəndində yerləşən “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu ərazisində tikinti və yenidənqurma işlərinin satınalması üçün müsabiqə elan edib. İşlərin həyata keçirilməsi üçün ehtimal olunan qiymət 1.200.994 manat olaraq müəyyən edilib.