Avropa nazirlərinin Bakı toplantısı - Nələr müzakirə olunur?

Bakıda martın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 4-cü iclası "Nazirlər sessiyası", "Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizində davamlı uğur və yeni inkişaf mərhələsi" və "Yaşıl Enerji Layihələri" üzrə üç plenar sessiya ilə davam edib.