Şərurda şəkər xəstələrinə dövlətin ayırdığı dərmanlar satışa çıxarılıb? – İDDİA

Şərur rayonunda şəkərli diabet xəstələrinə dövlət hesabına ayrılan dərman və tibbi ləvazimatların apteklərdə satışa çıxarıldığı iddia olunur. Xəstələr onlara verilməli olan vasitələrlə təmin olunmadıqlarını, Ailə Sağlamlıq Mərkəzində isə kobud münasibətlə qarşılaşdıqlarını bildirirlər.