"Birbank Biznes"in "Hər işdə birinci qadınlar" yarmarkası uğurla yekunlaşıb

8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində "Birbank Biznes"in təşəbbüsü ilə həyata keçirilən "Hər işdə birinci qadınlar" yarmarkası başa çatıb. Artıq ənənə halını alan yarmarka "PASHA Malls"un dəstəyi ilə "Crescent Mall"da baş tutub. Ümumilikdə 50 sahibkar qadının iştirak etdiyi tədbir ziyarətçilər tərəfindən də maraqla qarşılanıb.