İran bütün ərzaq məhsulları və kənd təsərrüfatı məhsullarının ixracına qadağa elan edib. Bu barədə “Al-Jazeera” İran mediasına istinadən xəbər verir. “Bütün ərzaq məhsulları və kənd təsərrüfatı məhsullarının ixracı xüsusi sərəncama qədər qadağan edilib. İran hökuməti əhalinin zəruri ərzaq məhsulları ilə təmin olunmasına prioritet verir”, – deyə media qeyd edir.