Ceyhun Bayramov fransalı həmkarı ilə danışıb

Xarici işlər naziri Ceyhun Bayramovla fransalı həmkarı Jan-Noel Baro arasında telefon danışığı baş tutub. Modern.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Telefon danışığı zamanı tərəflər Yaxın Şərq regionunda mövcud gərgin təhlükəsizlik vəziyyətini və artan hərbi eskalasiyasını müzakirə ediblər. Nazirlə...