Futbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşib. "Ölkə.az" xəbər verir ki, 1/4 final mərhələsinin cavab matçında "Sumqayıt"ı qəbul edən "Zirə" 2:0 hesabı ilə qalib gələrək adını növbəti raunda yazdırıb. Zirə İdman Kompleksinin stadionunda qolları David Volkov (27) və Ceyhun Nuriyev (88) vurublar. ...