“Prior Leasing” 2 milyon manatdan çox mənfəət əldə edib

“Prior Leasing” ASC-nin 2025-ci ilin üçüncü rübü üzrə maliyyə göstəriciləri açıqlanıb. Banker.az xəbər verir ki, hesabat dövrünü mənfəətlə başa vuran “Prior Leasing” ASC-nin xalis mənfəəti ötən ilin sentyabr ayının sonu ilə müqayisədə 7% artaraq  2.16 milyon manat təşkil edib. Hesabata əsasən, şirkətin cəmi aktivləri illik müqayisədə 19.2% artaraq 90.8 milyon manatdan 108.2 milyon manata yüksəlib. […]