Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ramana sovxozu ərazisində yerləşən gölün doldurulması faktı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə yerində araşdırılıb.