Manaf Cəlilzadəyə hökm oxunub

Dövlət əleyhinə çağırışlar etməkdə ittiham olunan Manaf Cəlilzadənin məhkəməsi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsi ona qiyabi olaraq 8 il həbs cəzası kəsib.