Azərbaycan Mərkəzi Bankı (AMB) “Saf Təkaful Sığorta və Təkrarsığorta Brokeri” MMC-yə sığorta brokeri fəaliyyəti üçün lisenziya verib. Bu barədə AMB-dən bildirilib. Şirkətin adı onun islam maliyyəsi üzrə fəaliyyət göstərəcəyindən xəbər verir. Hazırda Azərbaycanda 16 hüquqi şəxs sığorta brokeri lisenziyasına malikdir.