Nazirliyin "İŞ AXTARMA, İŞ YARAT" ideyası mövcud təhsil sistemi ilə realdırmı? - Çarpaz mövqelər

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Sabahın alimləri" XV Respublika Layihə Müsabiqəsinin milli final mərhələsinin açılış mərasimində bildirib ki, bu gün məzunlar iş axtarmamalıdırlar, iş yeri açmağı düşünməlidirlər. O qeyd edib ki, müasir dövrdə layihələr innovativ olmalı, ideyalar isə innovasiyaya çevrilməlidir.