Ərdoğan İrandan atılan raketin Türkiyə hava məkanında zərərsizləşdirilməsinə münasibət bildirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrandan atılan ballistik raketin Türkiyə hava məkanında zərərsizləşdirilməsinə münasibət bildirib. Türkiyə Prezidenti bu barədə hərbçilərlə olan iftar yeməyində deyib. Onun sözlərinə görə, Türkiyə sözügedən hadisə barədə NATO müttəfiqləri ilə hər cür tədbiri görmək üçün çalışır: “Bölgəmizin çətin günlərdən keçdiyi bir vaxtda işi qətiyyən təsadüfə buraxmırıq. Baş verən bugünkü hadisədə olduğu […]