Hal-hazırda Qətərdə olan 200 Azərbaycan vətəndaşının xüsusi təyyarə reysi ilə təxliyəsi istiqamətində iş aparılır. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib. O qeyd edib ki, Qətər hava məkanı bağlı olduğu üçün, Azərbaycan vətəndaşlarının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır. Onun sözlərinə görə, nazirliyin paylaşdığı səyahət xəbərdarlığına uyğun olaraq, İran ərazisində olan […]