Yurduna qayıdan sakin: "Ağdamdan üç nəfər çıxmışdıq, yenə üç nəfər qayıdırıq"
"Doğma el-obamıza qayıtdığımız üçün çox sevinirik. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Mənim oğlum da Vətən müharibəsi iştirakçısıdır. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə yaralanıb".