HONOR Azərbaycanda ikinci rəsmi mağazasını və ilk servis mərkəzini açıb

28 fevral tarixində qlobal AI cihaz ekosistemi brendi olan HONOR Azərbaycanda ikinci rəsmi mağazasının açılışını həyata keçirdi. Yeni HONOR Brend Mağazası Bakı şəhərində, "Əcəmi" metro stansiyası yaxınlığında yerləşir və brendin yerli bazarda pərakəndə strategiyasının inkişafında mühüm mərhələ hesab olunur.