Lider mobil operatorun qadınların sosial və iqtisadi imkanlarının genişləndirilməsinə dəstək məqsədilə həyata keçirdiyi sosial layihə müsabiqəsinin qaliblərindən biri olan "Mil" Sosial və İqtisadi Sahələrdə Maarifləndirmə İctimai Birliyi "Robogirls" layihəsinin icrasına başlayıb. Şirkətin dəstəyi ilə Beyləqan rayonunun kənd və qəsəbələrində təhsil alan qızlar üçün STEM təlimlərinə start verilir.