Sürücülük vəsiqəsi alan qadınların sayı artır – qadınların xüsusi çəkisi 4.6 faizdən 18.8 faizə yüksəlib

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadınların cəmiyyətin bütün sahələrində rolu və təmsilçiliyi ilə bağlı statistik göstəricilər açıqlanır. Banker.az DSK-ya istinadən xəbər verir ki, 2026-cı ilin əvvəlinə olan məlumatlara əsasən, ölkə əhalisinin 50.2 faizini qadınlar təşkil edir. 2025-ci ildə doğulmuş 95.9 min körpənin 46.9 faizi qız uşaqları olmuşdur. […]