Azərbaycan və Böyük Britaniyanın texnologiya şirkəti əməkdaşlıq memorandumu imzalayıb

AZCON Holding şirkətlərindən olan "AzInTelecom" MMC və Böyük Britaniyanın rəqəmsal identifikasiya, elektron imza, kriptoqrafik həllərin yaradılması üzrə ixtisaslaşmış qlobal texnologiya şirkəti "Entrust" arasında əməkdaşlığa dair memorandum imzalanıb.