İranın xəyanət DOSYESİ: Molla rejiminin tarixi murdar əməlləri

Naxçıvan şəhərinə İran ərazisindən PUA hücumu olub. Azərbaycan dəfələrlə öz ərazisindən İrana qarşı heç bir hərbi əməliyyatda istifadə olunmayacağını bəyan etsə də, molla rejimi yenə də öz naqis xislətinə sadiq qalaraq, bu gün xaincəsinə Naxçıvana dron zərbəsi təşkil edib. Görüntülər və informasiya yayıldıqca, "təsadüf" versiyası tamamilə rədd edilir, hücumun qəsdən edildiyinə şübhə yeri qalmır. Bu isə yalnız sadə bir təxribat deyil, suveren bir dövlətə qarşı həyata keçirilən açıq hərbi əməliyyatdır.