Paralimpiya Oyunlarında oğurluq

İtaliyada keçirilən Paralimpiya Oyunlarında əlil arabası ilə kerlinq yarışları üçün nəzərdə tutulan qranit daşlar oğurlanıb. Təşkilatçılar ehtiyat inventardan istifadə edir, polis faktla bağlı araşdırmaya başlayıb.