Azərbaycan-İran dövlət sərhədində yük avtomobillərinin hərəkəti müvəqqəti olaraq tam dayandırılıb

Nazirlər Kabineti Azərbaycan-İran dövlət sərhədindən yük avtomobillərinin hərəkətinin dayandırılması ilə bağlı qəbul edilən qərara dair məlumat yayıb. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. “Məlumat verildiyi kimi, 5 mart tarixində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən mülki infrastruktur hədəf alınmaqla pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirilib. Naxçıvan Muxtar Respublikasının Beynəlxalq Hava Limanı, məktəb […]