İdman zallarında baş verən ani ölüm halları cəmiyyətdə narahatlıq yaradır. Xüsusilə bir neçə gün öncə Masallı rayonunda yerləşən idman kompleksində Səbuhi Abbasovun halı pisləşərək vəfat etməsi bu mövzunu yenidən gündəmə gətirib. İdman zamanı sağlamlıq risklərinin vaxtında qiymətləndirilməsi və tibbi nəzarət tədbirləri həyati əhəmiyyət daşıyır. ...