Bloomberg: ABŞ digər ölkələrə Nvidia və AMD çiplərinin satışına nəzarət etmək niyyətindədir

ABŞ prezidenti Donald Tramp administrasiyası xarici alıcıların süni intellekt üçün Amerika istehsalı çipləri əldə etməsi üçün hökumətdən lisenziya almasını tələb edən təşəbbüsü nəzərdən keçirir. Bu barədə “Bloomberg” mənbələrə istinadən yazır. Yeni qaydalar Vaşinqtona digər ölkələrin süni intellekt modellərinin öyrədilməsi və işə salınması üçün obyektlər qura bilib-bilməyəcəyinə qərar vermək baxımından geniş səlahiyyətlər verə bilər. Təşəbbüsün detalları […]