Azərbaycandakı xarici ölkə səfirliyinə qarşı terror hücumu hazırlamaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Xarici ölkənin Azərbaycandakı səfirliyinə qarşı terror hücumu etməyə hazırlaşmaqda təqsirləndirilən İlqar Quliyev, Amin Piriyev və Elvin Əlizadənin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.