Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və SOCAR nümayəndə heyəti Kot-d’İvuarın rəsmiləri ilə enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib. Banker.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayır. Görüşlərdə xüsusilə Baleine neft-qaz yatağının işlənməsi layihəsində SOCAR-ın 10% pay alması, layihənin inkişaf mərhələləri və hasilat imkanları barədə fikir mübadiləsi aparılıb. Layihənin SOCAR-ın Afrikadakı fəaliyyətini genişləndirməsi və beynəlxalq […]