DOST mərkəzlərində martın 7-9-da qeyri-iş günləri olacaq

Beynəlxalq Qadınlar Günü ilə əlaqədar martın 7-9-da DOST mərkəzləri və "DOST Çağrı Mərkəzi 142"də qeyri-iş günü olacaq. Bu barədə "Report"a DOST agentliyindən məlumat verilib. Bildirilib ki, mərkəzlər martın 10-dan yenidən xidmət göstərəcək.