Azərbaycanın suverenliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş hər hansı addım cavabsız qalmayacaq - RƏY

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında səsləndirilən fikirlər bir daha göstərdi ki, İran tərəfindən Naxçıvan istiqamətində həyata keçirilmiş dron hücumu Azərbaycan dövlətinə və onun suverenliyinə qarşı yönəlmiş ciddi təxribatdır və qətiyyətlə pislənilməlidir.