Azərbaycanın Premyer Liqasında Qəbələni təmsil edən “Qəbələ İdman Klubu” MMC-nin nizamnamə kapitalı 950 min manat artırılıb. Banker.az xəbər verir ki, 2 milyon 313 min manatdan 3 milyon 263 min manata qaldırılıb. Bu da 41 faiz artımdır. Qeyd edək ki, “Qəbələ İ.K.” 2006-cı ildə yaradılıb. Şirkətin direktoru Nəcəfov Fariz Abdulla oğludur.