Molla rejiminin başına çuval keçirmiş mediası: Tarixə düşən unikal axmaqlıq modeli - FOTO

"Qonşu" İranda dünyada çox az rast gəlinən, günün günorta çağı çıraqla da axtarsaq, yenə də ancaq İranda tapa biləcəyimiz siyasi mühit, siyasi baxışlar, siyasi intriqalar, siyasi "təsir" mexanizmləri mövcuddur. Sadaladıqlarımızın unikallığı ondan ibarətdir ki, bütün bu proseslərdə insan beyninin imkanları maksimum şəkildə təcrid olunur, beyin qaranlıq zindanlarda həbs olunduqdan sonra siyasi hoqqabazlar buraxılırlar arenaya... Yekunda da adı qoyulur minlərlə yaşı olan dövlətçilik təcrübəsi...