Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda keçiriləcək TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak etmək və ikitərəfli görüşlər keçirmək məqsədilə Türkiyəyə yola düşüb.