Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub. Pezeşkian İran xalqı ilə həmrəyliyinə görə Putinə təşəkkürünü bildirib. “Məsud Pezeşkian Rusiyanın öz ölkəsinin suverenliyi və müstəqilliyini müdafiə edən İran xalqı ilə həmrəyliyinə görə təşəkkürünü ifadə edib və münaqişənin hazırkı kəskin mərhələsində vəziyyət barədə ətraflı məlumat verib”, – Kremlin Mətbuat Xidmətinin məlumatında deyilir. […]