Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istəyib

İranın Müvəqqəti Rəhbərlik Şurası qonşu ölkələrə hücum etməmək və ərazilərindən İrana hücum olmadığı təqdirdə, raket və dron atmamaqla bağlı qərar qəbul edib. Bu barədə İran Prezidenti Məsud Pezeşkian dövlət telekanalı ilə yayımlanan videomüraciətində bəyan edib. “Bizim region ölkələri ilə düşmənçiliyimiz yoxdur, qonşularımızdan üzr istəyirəm”, – deyə o qeyd edib.